Haqqımızda

Esimal – səyahət zamanı internetə qoşulmağı daha asan, sürətli və sərfəli edən onlayn eSIM platformasıdır. Məqsədimiz dünyanın 190-dan çox ölkəsində səyahət edən istifadəçilərə rahat və münasib qiymətli mobil internet həlləri təqdim etməkdir. Esimal.az vasitəsilə fiziki SIM karta ehtiyac olmadan, bir neçə dəqiqə ərzində eSIM paketinizi onlayn əldə edə və QR kodla asanlıqla aktivləşdirə bilərsiniz. Bizim üçün əsas prioritet müştəri məmnuniyyəti, sərfəli qiymətlər və etibarlı xidmətdir. Esimal.az – Dünyanın hər yerində əlaqədə qalın!